Samuxda kütləvi zəhərlənmə

21:07 20.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samux rayonunda yas mərasimində kütləvi zəhərlənmə baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıblar. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxslər yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır./unikal/